Sudandan Azərbaycana Qarabağ dəstəyi
0
0
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əhməd İbrahim Əl-Tahir BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində Sudanla Azərbaycan arasında əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdırıb və ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini bildirib.
Şahin Abdullayev Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında Sudan parlamentinin sədrinə ətraflı məlumat verib və Sudanın tutduğu ədalətli mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin fəal rol oynadığını dilə gətirən Şahin Abdullayev hər iki ölkənin qanunverici orqanları arasında dostluq qruplarının yarıdılmasını və qarşılıqlı səfərlərin təşkil olunmasını vacib sayıb. Əhməd İbrahim Əl-Tahir görüşdə Şahin Abdullayev tərəfindən qaldırılan məsələlərlə razılaşdığını və həmin məsələlərin həyata keçirilməsinə hazır olduqlarını diqqətə çatdırıb.