Azərbaycan və Belarus arasında 3 mühüm saziş təsdiqləndi
11 dekabr 2012 13:28 (UTC +04:00)

Azərbaycan və Belarus arasında 3 mühüm saziş təsdiqləndi

0
Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” sazişin təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə vəonların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, hər üç qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 906

Oxşar yazılar