Türk Mədəniyyəti və İrsi Fondu Bakıda yerləşəcək
11 dekabr 2012 12:53 (UTC +04:00)

Türk Mədəniyyəti və İrsi Fondu Bakıda yerləşəcək

0
Bu gün Milli Məclisdə Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, məsələ barədə Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Nizami Cəfərov deyib ki, Fondun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlətləridir. Onun sözlərinə görə, Fondun mərkəzi Bakı şəhəri olacaq və ilk prezidenti də azərbaycanlı olacaq.

Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 869

Oxşar yazılar