“Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi uğurlu siyasətin nəticəsidir”
11 dekabr 2012 12:25 (UTC +04:00)

“Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi uğurlu siyasətin nəticəsidir”

0
Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Vahid Əhmədov Gürcüstandakı soydaşlarımızın Azərbaycana gəlib-getməsi, təhsili sahəsindəki problemlərdən danışıb.

O, Azərbaycanlıların təhsil sahəsində çətinliklərlə üzləşdiyini, məktəblərdə kitab belə tapılmadığını bildirib.
Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı yüksək dəyərləndirən YAP icraçı katibi Əli Əhmədov isə müxalifətin dekabrın 10-da keçirmək istədiyi icazəsiz aksiyasını yolverilməz hesab edib.

Spiker Oqtay də ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu vurğulayıb: “Bununla bağlı prezidentimizi də təbrik edək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 715

Oxşar yazılar