Oqtay Əsədov Rusiyanın Qəbələ RLS-lə bağlı qərarından danışdı
11 dekabr 2012 12:23 (UTC +04:00)

Oqtay Əsədov Rusiyanın Qəbələ RLS-lə bağlı qərarından danışdı

0
Lent.az-ın verdiyi məlumata görə, YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Rusiyanın Qəbələ RLS-dən istifadəni dayandırması məsələsindən danışıb. Mübariz Qurbanlı deyib ki, Azərbaycan tərəfinin Qəbələ RLS-lə bağlı mövqeyi Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov tərəfindən açıqlanıb: “Müxalifət bununla bağlı Azərbaycan cəmiyyətində səhv rəy yaratmasın. Bu, üçüncü qüvvələrə kömək edir. Azərbaycanın möqeyi açıqdır və bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyəcək”.

Spiker Oqtay Əsədov isə deyib ki, bu, problemli məsələ deyil: «Komissiya yaradılmışdı, məsələyə baxıldı. Rusiya Qazaxıstanla Baykanurla bağlı 2050-ci ilə qədər müqavilə bağlamışdı, indi müqaviləyə yenidən baxılır. Bu, o demək deyil ki, Qazaxıstanla Rusiyanın münasibətləri pozuldu. Bunu dövlətlərarası münasibətlə əlaqələndirmək düzgün deyil”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1587

Oxşar yazılar