Prezident İlham Əliyev ABŞ dövlət katibinin müşavirini qəbul edib - FOTO
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melia nümayəndə heyətinin üzvlərini dövlət başçısına təqdim edib. Regiona səfərlərinə Azərbaycandan başladıqlarını deyən qonaq bildirdi ki, səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksander Peyc təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial və humanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
Dövlət başçısı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas O.Melianın Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkə başçısı bu gün həmçinin, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauseri qəbul edib.

Oxşar yazılar

Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
20 aprel 2025 , 09:38
Ordumuzun mövqeləri atəşə tutuldu
19 aprel 2025 , 09:0444 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16