Elmar Məmmədyarov ABŞ rəsmisini qəbul edib - FOTO
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Elmar Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə onları təbrik edib, demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan söz açıb. O, eyni zamanda, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunduğunu bildirib. Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini dilə gətirib.
Elmar Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qısa məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını nəhərə çatdlırıb.