Səfir Şahin Abdullayev etimadnaməsini Sudan prezidentinə təqdim edib
08 dekabr 2012 05:54 (UTC +04:00)

Səfir Şahin Abdullayev etimadnaməsini Sudan prezidentinə təqdim edib

0
Azərbaycanın Sudan Respublikasında da akkreditə olunan səfiri Şahin Abdullayev etimadnaməsini Sudan prezidenti Ömər Əl-Bəşirə təqdim edib.

Lent.az-ın Azərbaycanın Misirdəki səfirliyinə istinadən məlumatına görə, etimadnaməni qəbul edən Sudan prezidenti Ömər Əl-Bəşir dost ölkə olan Azərbaycan ilə Sudan arasında dərin tarixi əlaqələrin olduğunu bildirib. Prezident Ömər Əl-Bəşir iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olan qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıb.

Sudan prezidenti ölkələrimiz arasında sənaye-ticarət, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, birgə səylərlə bu kimi imkanların araşdırılmasının vacibliyini qeyd edib.

Səfir Şahin Abdullayev Azərbaycanın xarici siyasətində ərəb-İslam dünyası, o cümlədən Sudan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Eyni zamanda Ş.Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Sudan tərəfinə təşəkkürünü ifadə edib.

Prezident Ömər Əl-Bəşir iki dost ölkə arasında əlaqələrin inkişafı naminə səfir Ş.Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 845

Oxşar yazılar