ATƏT sədri tərəfləri qarşılıqlı fəaliyyət göstərməyə çağırıb
0
0
“Son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib olduğunu göstərir”.
APA-nın Dublinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ATƏT-nin fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
ATƏT sədri tərəfləri bir-biri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli istiqamətində birgə fəaliyyət göstərməyə və razılıq əldə etməyə çağırıb.
“Azərbaycan və Ermənistanın münaqişə ilə bağlı mövqeyi ortadadır. ATƏT-in mövqeyi isə Minsk qrupunun işini və tənzimlənmə prosesinin sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir” - deyə, Gilmor qeyd edib.
O əlavə edib ki, ATƏT-ə bu il sədrlik etmiş ölkə kimi İrlandiya Şimali İrlandiyada münaqişənin həll olunması ilə bağlı təcrübəsini bölüşmək üçün bir neçə konfrans təşkil edib.