İstanbulda Beynəlxalq Xəzər Forumu keçirilir - YENİLƏNİB
APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkiyə baş nazirinin İcra Aparatına bağlı Xəzər Strateji İnstitutunun təşkil etdiyi tədbirdə İnstitutun baş katibi Haldun Yavas açılış nitqi ilə çıxış edib.
Tədbirin məqsədi regional əməkdaşlığı, ticarət və investisiya təşviqini inkişaf etdirməkdir. Panel iclaslarında enerji, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi inkişaf, investisiya imkanları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Forumda Türkiyə, Azərbaycan, Rusiya, ABŞ, İngiltərə, İsrail, Gürcüstandan olan rəsmi şəxslərin, ekspertlərin, beynəlxalq təşkilatların, şirkətlərin, mətbuat və QHT-lərin nümayəndələri iştirak edirlər.
Konfransın açılışında çıxış edən ABŞ-ın keçmiş müdafiə naziri Robert Geyts enerji təhlükəsizliyinin müasir dünya üçün önəminə diqqəti cəlb edərək, Xəzər dənizində Azərbaycanın nəzarətində olan enerji mənbələrinin Avropanın enerji ilə fasiləsiz təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb. R. Geyts Xəzərdəki enerji mənbələrinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında önəmini xatırladaraq Ermənistanla Azərbaycan arasında münaqişənin həll edilməməsinin enerji sahəsində regional əməkdaşlığın önündəki əngələ çevrildiyini, Dağlıq Qarabağ probleminin həlli üçün iki ölkə hökumətlərinin daha güclü iradə nümayiş etdirməsinin vacib olduğunu deyib.
Gürcüstanda keçən ay seçkinin demokratik keçirildiyini xatırladan R. Geyts yeni hökumətin revanşist duyğularla hərəkət etməməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanda gələn ilki prezident seçkisinin də demokratik atmosferdə keçiriləcəyinə inandığını bildirib.
Forumda çıxış edən Türkiyənin enerji naziri Taner Yıldız bu il iyunun 26-da imzalanmış TANAP layihəsinin Türkiyə və Azərbaycan üçün əhəmiyyətini diqqətə çatdırıb: “Biz Avropa Birliyi ilə uzun illərdən bəri üzvlük müzakirələri aparırıq, ancaq AB hələ də enerji ilə bağlı müzakirələrə başlamayıb, o paraqrafı açmağa istəkli baxmır. Ancaq işə baxın ki, biz AB ilə bu sıxıntını yaşayarkən Azərbaycanla imzaladığımız TANAP layihəsi Avropaya fasiləsiz enerji nəqlində çox önəmli faktora çevrilmək ərəfəsindədir. Avropada ortaya çıxmış iqtisadi böhran beynəlxalq layihələrin maliyyələşdirilməsi prosesində ölkələrin öz üzərlərinə düşən payları ödəməsində sıxıntılar yaradır. Bizim iştirak etmədiyimiz layihələr var, ancaq bizim üçün maraqlı olan bütün layihələrdə hər səviyyədə dəstək verməyə hazırıq”.
Qeyd edək ki, Azərbaycan tərəfdən panel iclaslarında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, nəqliyyat nazirinin müavini Musa Pənahov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun çıxışları dinlənilir.
Tədbirin sonunda mükafatlandırma mərasimi keçiriləcək.

1354