“Avropada Azərbaycanın pozitiv imici formalaşıb”
0
0
Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin Başçısı Fuad İsgəndərov öz etimadnaməsini Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosoya təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Joze Manuel Barroso Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib.
Joze Manuel Barroso Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu söyləyib, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirib. O, Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə edib. Joze Manuel Barroso Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, mövcud status kvonun qəbuledilməz olduğunu söyləyib. Eyni zamanda Avropa İttifaqının münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. O, Avropa İttifaqının münaqişənin həlli prosesinə töhfə verməyə hazır olduğu bəyan edib.
Fuad İsgəndərov prezident İlham Əliyevin salamlarını Joze Manuel Barrosoya çatdırıb. O, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkəmizin Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu bildirib. Fuad İsgəndərov Azərbaycanda həyata keçirilən inkişaf layihələri barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırıb. Avropa Komissiyasının prezidenti öz tərəfindən prezident İlham Əliyevlə keçirdiyi bütün ikitərəfli görüşlərin onda ən xoş təəssüratlarla qaldığını, Azərbaycanın dövlət başçısının öz ölkəsinin müasirləşməsi və inkişaf etdirilməsinə böyük önəm verdiyinin şahidi olduğunu, Azərbaycanın dostu olaraq bu məqsədə dəstək verməkdən məmnun olacağını dilə gətirib. O, yeni ildə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyində olduğunu söyləyib.