Bahar Muradova: “Ovannisyanı biz dəvət etməmişik”
Bir çoxları erməni siyasətçiyə dəvətin YAP-dan gəldiyini, “Daşnaksütyun” təmsilçisinə tribunanın hakim partiya tərəfindən verildiyini bəyan edir. Milli Məclis sədrinin müavini, YAP-çı deputat Bahar Muradova ilə bu barədə danışdıq.
- Bahar xanım, “Daşnaksütyun” təmsilçisinin Bakıya dəvət edilməsi hansı zərurətdən irəli gəlmişdi?
- Bakıda keçirilən tədbir Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının tədbiri idi. Bakı bu təşkilat üçün ərazi baxımından seçilib. Nəzərə alsaq ki, YAP-ın icra katibi Əli Əhmədov YAP-ın nümayəndəsi kimi bu təşkilatın İdarə Heyətinin üzvüdür, 21 nəfərdən biridir və qərarların qəbulunda o da iştirak edib. Bakı ərazi kimi, tədbirin keçiriləcəyi yer kimi təklif olunub. Amma ondan qalan digər məsələlər bu təşkilat tərəfindən həyata keçirilir. Yəni mən ev sahibi kimi üzərimizə düşən vəzifələrdən kənar işləri nəzərdə tuturam. Amma dəvətlər, çağırılan şəxslərin, partiyaların müəyyənləşdirilməsi bu təşkilatın özünün səlahiyyətinə aid olan məsələdir və bununla onlar məşğul olub. Bakıda digər beynəlxalq təşkilatların tədbirləri keçiriləndə də belə vəziyyətlər yaranır və bəzən yanlış olaraq oxucularmı, mətbuat nümayəndələrimi, adi vətəndaşlarmı bunu düzgün qəbul etmirlər, bunun ətrafında belə müzakirələr yaranır.
- Deməli, qurumun üzvü kimi Əli Əhmədovun da mövqeyi rol oynayıb.
- Əli Əhmədov 21 nəfərlik İdarə Heyətinin üzvüdür. Amma burda kollegial qərar qəbul olunur və beynəlxalq təşkilatın işinə heç bir ölkə diktə edə bilməz, o sadəcə tədbirin keçirilməsinə şərait yaradır.
- Ovannisyanın burdakı davranışları sizdə hansı qənaət yaratdı? Yəni bu cür tədbirlər, müzakirələr, danışıqlardan görünən odur ki, Ermənistan təmsilçiləri aqressiv münasibətdən əl çəkənə oxşamır. Əksinə, onlar Bakıda da tribuna qazanıb meydan oxuyurlar. Bundan sonra dəvət məsələsində bu hallar nəzərə alına bilərmi?
- Əgər bu tədbir Bakıda yox, Tiflis, ya Kiyevdə keçirilsəydi, yenə də erməni nümayəndələr orda eyni dərəcədə öz sözünü deyəcəkdi. Yəni burada məsələdə kimisə ittiham etmək çıxış yolu deyil. Amma hətta biz onlarla hansısa tədbirlərdə iştirak etməsək belə, yaxud onların Bakıya gəlişinə məhdudiyyətlər yaratsaq, özümüz o tədbirlərdən imtina etsək, həmin tədbirlərdə yaranan vəziyyətləri Azərbaycan ictimaiyyətinə çatdırmasaq, bu, o demək deyil ki, ermənilər öz fikirlərindən əl çəkəcəklər. Bu, çox təəssüf ki, onların mövqeyidir və istənilən şəraitdə də özünü biruzə verir. Elə bilirsiniz ki, onlar beynəlxalq təşkilatların tədbirlərində belə etmirlər? ATƏT, Avropa Şurası və ya NATO-nun tədbirində də eyni cür davranırlar. Sadəcə bu barədə bizə az çatdırılır, lakin bundan da kəskin, ziddiyyətli vəziyyət yaranır. Tədbirlərdə vaxtın daha çox hissəsinin erməni-Azərbaycan iştirakçıların deyişməsinin şahidi oluruq. Amma düşünmürəm ki, Azərbaycan buna görə onlarla görüşdən, yaxud onların nümayəndəsinin Bakıya gəlməsindən imtina etməlidir.
- Erməni partiya sədri Bakıda oturub Azərbaycan torpaqlarının işğal deyil, azad olunduğunu, Sumqayıtın erməni şəhəri olduğunu iddia edirsə, bunun bizə nə faydası var?
- İndi siz baxın, əgər o, burda olmasaydı, bütün çıxış edənlər Azərbaycan ərazilərinin işğalı, problemin bugünkü vəziyyəti barədə çıxışlar edəcəkdilər. O halda kimlərinsə ürəyində belə bir fikir yarana bilərdi ki, bu, məsələyə birtərəfli yanaşmadır, çünki ermənilərin nümayəndəsi burda yoxdur, bunlar şəraitdən istifadə edib yalnız öz sözlərini deyirlər. İkinci də Ovannisyanın timsalında götürsək, onun özünü o şəkildə aparması və bütün prosedur qaydalarını və normaları pozaraq ikinci dəfə söz almaq istəməsi, bunu çox açıq bir şəkildə, heç bir tələblərə əməl etmədən sərgiləməsinin özü iştirakçılarda ona qarşı tamamilə mənfi bir münasibət oyatmışdı. Onun öz hərəkəti bizim ermənilər, yaxud bu münaqişə haqqında bizim söylədiklərimizdən daha artıq münasibət onun özünə qarşı formalaşdırdı. Ona görə də Ovannisyanın özünün burda olması daha yaxşı oldu. İştirakçılar bir daha əmin oldular ki, biz hansı düşmənlə, hansı mövqeli ölkə, onun nümayəndələri ilə üz-üzəyik. Bu, sonrakı görüşlərdə, digər ölkələrin nümayəndələri ilə söhbətlərimizdə də açıq şəkildə səslənirdi və onlar buna təəssüf hissi keçirirdilər. Hətta bəzi nümayəndələr daha kəskin fikirlər səsləndirirdilər. Ermənilərlə bağlı deyilən “onlar bura çağırılmasaydı belə çıxışlar olmazdı” fikri yanlışdır. Bəlkə kimlərsə düşünür ki, bu məsələni həll etmək olar, ancaq həll edilmir. O tədbirdə Ermənistan nümayəndələrinin özləri də çox şeyləri eşitdilər. Azərbaycanın hansı mövqedə olduğunu gördülər. Azərbaycanlılar vahid mövqe sərgilədilər. Bu kimi halların olması bəlkə də xeyirlidir, nəinki ziyanlı...
- Radikal erməni partiyasının dəvət olunduğu tədbirə Azərbaycan müxalifət partiyalarının, Məsələn, Müsavatın dəvət olunmamasında YAP-ın nə dərəcədə rolu olmuşdu?
- O siyahıda Müsavatın da nümayəndəsinin adı var idi, iştirak etmədilər, bu, onların öz işidir.
- Amma Arif Hacılı dəvət almadıqlarını deyib.
- Əli Kərimli başda olmaqla AXCP nümayəndələri dəvət olunmuşdu. Müsavat bu tədbirə dəvət edilməməsində bizim heç bir iştirakımız, rolumuz yoxdur. Əksinə, biz özümüz də maraqlıydıq ki, müxalifət partiyaları da iştirak etsinlər, onun üçün də bütün lazımi şərait yaradılmışdı. Ona görə də burda YAP-ı ittiham edəcək hansısa məqamlar axtarmağa çalışmaq lazım deyil, axtarsanız da, meydana çıxası deyil.
Musavat.com

918