Kafedə KÜTLƏVİ DAVA:  Bıçaqlananlar var -YENİLƏNİB
20 oktyabr 2025 13:22 (UTC +04:00)

Kafedə KÜTLƏVİ DAVA: Bıçaqlananlar var -YENİLƏNİB

0

Oktyabrın 20-də saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Lent.az xəbər verir ki, bu brədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.

 

***

10:38

 

Goranboy sakinləri bıçaqlanıb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.

Xəsaərt alanlar xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım edilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1262

Oxşar yazılar