Ağarmış saçları  boyayanda   edilən 5 SƏHV
20 oktyabr 2025 16:26 (UTC +04:00)

Ağarmış saçları boyayanda edilən 5 SƏHV

0

Ağ saçların boyanması hər bir qadın üçün böyük çətinlikdir. Elə bilirsən hər şey düzgün edilib: bahalı boya seçilib, saxlanma vaxtına əməl olunub, amma nəticə yenə ürəkaçan olmur. Rəng cəmi bir neçə həftədən sonra yox olur və ya saçda solğun və bərabər olmayan şəkildə əks olunur. Kolorist ustalar peşəkar sirri açırlar səbəb həmişə boyanın keyfiyyətində deyil, hazırlıq və qarışdırma mərhələsində edilən incə səhvlərdədir.

Lent.az boyanın ağ saçda tutmamasına səbəb olan 5 səhvi təqdim edir:

Boyanın çirkli saçlara vurulması

Onilliklər boyu belə bir fikir hökm sürüb ki, guya boya çirkli saçlara vurulsa daha yaxşıdır, çünki təbii yağ dərini qoruyur. Lakin müasir bərbərlər bu praktikanın artıq köhnəldiyini bildirirlər. Bu gün istifadə olunan yüksək texnologiyalı boyalar dərin və bərabər təsir üçün tamamilə təmiz səth tələb edir. Layner, köpük, xüsusilə yağlar və silikon qalıqları gözlə görünməyən, lakin sıx baryer yaradır və piqment molekullarının saçın daxili strukturuna keçməsinə mane olur.

Saç prosedurdan əvvəl yumşaq şampunla yuyulmalıdır, balsam, kondisioner və maskalardan tamamilə imtina edilməlidir. Məhz təmiz kütikula piqmentin möhkəm bərkiməsinə şərait yaradır. Bu zaman baş dərisini qoruyan təbii lipid qatı da kifayət qədər qalır və qıcıqlanmanın qarşısını alır.

Güclü ağarmada ammonyaksız boyadan istifadə

Ağarmış saç sadəcə açıq rəngli deyil, piqmentsiz saşdır və çox vaxt sərt, “şüşə” kimi struktura malik olur, ona görə də rəngi qəbul etmək istəmir.

Ammonyaksız boyalar saçın yüngül tonlaşdırılması və parlaqlıq üçün yaxşıdır, lakin ağ saç çox olduqda və xüsusilə 30 faizdən çox olduqda zəif qalır. Uzunmüddətli nəticə üçün ammonyak lazımdır o, kütikulanı qaldıraraq piqmentin dərinliyə keçməsini təmin edir.

Oksidin (aktivatorun) yanlış faizi

Oksidləşdirici maddə piqmenti aktivləşdirir və kütikulanın açılmasını təmin edir. 1,5% və ya 3% kimi zəif oksidin istifadə edilməsi geniş yayılmış səhvlərdəndir, çünki sərt ağ saçın açılması üçün gücü yetmir. Mütəxəssislər davamlı rəng üçün 6 faiz oksidin istifadəsini məsləhət görürlər. Bu faiz həm güclüdür, həm də saçın vəziyyəti üçün təhlükəsiz sayılır.

Ağ saçı açıcı boyalarla boyamaq

Ağ saç “açıq” deyil, rəngsizdir. Onu açıcı boyalarla işıqlandırmağa cəhd etmək nəticədə bərabərsiz, sarımtıl və ya çirkli ton verir. Təbii açıq ton əldə etmək üçün əvvəlcə saça süni şəkildə baza tonun əlavə olunduğu prepigmentasiya aparılmalı, sonra üstünə istənilən ton tonlaşdırıcı ilə verilməlidir.

Boyanma texnologiyasının düzgün icra olunmaması

Rəngin davamlılığı kimyəvi prosesin düzgün icrasından asılıdır vaxt və nisbətlər burada həlledici rol oynayır. Boya ciddi olaraq göstərilən nisbətə uyğun (adətən 1:1 və ya 1:1,5) hazırlanmalı və dərhal istifadə olunmalıdır. Qarışıq qabda uzun dursa, oksidləşir və təsirini itirir. Hazırlanmış qarışıq sürətlə - 15 dəqiqədən gec olmayaraq vurulmalıdır.

Boya qarışığına yağ və ya balzam əlavə etmək olmaz, çünki bu, kimyəvi reaksiyanı pozur və piqmentin davamlılığını azaldır. Ağ saçı bərabər və davamlı şəkildə boyamaq üçün hazırlıq, düzgün tərkib seçimi, bərabər vurulma və təlimata uyğun zaman və nisbət rejimi qorunmalıdır.

Bu səhvlərdən qaçmaq boyanın gözəl görünməsini və uzun müddət qalmasını təmin edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar