Meyiti 15 il mənzildə qaldı:  Dəhşətli TƏFƏRRÜATLAR
20 oktyabr 2025 15:15 (UTC +04:00)

Meyiti 15 il mənzildə qaldı: Dəhşətli TƏFƏRRÜATLAR

0

İspaniyanın Valensiya şəhərində yaşayış binasının yuxarı mərtəbəsində 15 il ərzində mənzilində qalan pensiyaçı kişinin cəsədi təsadüf nəticəsində tapılıb. Meyit yalnız o zaman aşkar olunub ki, güclü yağışlardan sonra boruların tutulması səbəbindən su aşağıdakı mənzili basıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər pəncərədən içəri girdikdə, mənzilin içində tam skelet halına düşmüş və qismən mumiyalaşmış cəsədi, eləcə də çoxlu zibil, milçəklər və göyərçinlər gördülər.

İlkin istintaq məlumatına görə, Antonio adlı kişi qonşular tərəfindən sonuncu dəfə 2010-cu ildə görülüb. Onun yoxa çıxması barədə heç kim polisə məlumat verməyib. Poçt qutusu dolu olmayıb, pensiyası isə illərlə avtomatik şəkildə bank hesabına köçürülüb, buna görə də heç kim onun öldüyündən şübhələnməyib.

 / © elpais

Qonşular Antiononu “ruh kimi adam” adlandırıblar. Onların sözlərinə görə, o, həmişə tənha və kədərli görünürdü. Bir müddət sonra kişi mənzildən çıxmağı dayandırdıqda, sakinlər onun ya qocalar evinə köçdüyünü, ya da qohumlarının yanında yaşadığını düşünüblər. Əslində isə onun iki övladı olsa da, onlarla əlaqəsi çoxdan kəsilib, ailəsini təxminən 30 il əvvəl tərk edib.

 / © elpais

Polisin açıqlamasına görə, ölüm təbii səbəblərdən baş verib. Mənzildə zorakılıq və ya oğurluq izləri aşkarlanmayıb. Antonio son illərdə necə sakit və tənha yaşamışdısa, elə də səssiz şəkildə dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar