Britaniya əsgərlərinə Böyük Britaniya ərazisindəki hərbi obyektlər üzərində şübhəli pilotsuz təyyarələri vurmaq imkanı veriləcək.
Lent.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
"Hüquqi bazamız nəzərdən keçirilməlidir. Gördüyümüz potensial təhlükələrlə mübarizə aparmaq üçün yeni hüquqi səlahiyyətlər üzərində işləyirik. Böyük Britaniyanın hərbi obyektləri üzərində uçan naməlum pilotsuz təyyarələri vurmaq üçün qanuni səlahiyyətimiz olacaq. Biz ilk fürsətdə bu cür qanunvericiliyi tətbiq etməyə çalışacağıq", - o deyib.