İspaniyada 137 il fəaliyyət göstərmiş əfsanəvi Gijón kafesi bağlanır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu müddətdə orada Pablo Pikasso, Sofi Loren və Ernest Heminquey kimi məşhurlar olub.
“Nəfəs alan bu köhnə kafe yalnız fincanlar, masalar və bar dəzgahı olan bir məkan deyildi: bu, sənətin, ədəbiyyatın, siyasətin ünvanı idi. Onun qapısından içəri girən sanki başqa bir aləmə düşürdü. Burada yazıçılar, rəssamlar, siyasətçilər, filosoflar, matadorlar, Hollivud ulduzları və turistlər əyləşirdi”, – deyə nəşr qeyd edir.
Gran Café de Gijón 1888-ci ildə həmin dövr üçün klassik üslubda - mərmər masalar, güzgülər və qırmızı məxmər pərdələrlə açılıb. Zaman keçdikcə bu məkan Madriddə yaradıcı elitanın sevimli toplaşma yeri olub.
İllər ötdü, dövrlər dəyişdi, lakin məxmər ab-havalı orijinal interyer olduğu kimi qaldı və kafeni xüsusi edən əsas “çiplərdən” birinə çevrildi.
Lakin heç nə əbədi deyil. Gran Café de Gijón dövrü bitdi. İspaniyanın Cappuccino adlı kafe şəbəkəsi obyekti satın alıb və 2026-cı ilin əvvəlində onu artıq yeni adla yenidən açmağı planlaşdırır. İnteryer modernləşdiriləcək, bu isə yəqin ki, onun xüsusi atmosferini öldürəcək baxmayaraq ki, yeni sahiblər əfsanəvi kafenin “ruhunu qoruyacaqlarını” vəd edirlər.