Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb. Şöbədə müalicə olunan 71 yaşlı Z.Rzayev ikinci mərtəbədən yıxılıb.
Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.