Qəbələdə yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə nəticəsində “VAZ 2106” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə 5 nıfər - “VAZ-2106”nın sürücüsü 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyev, “Opel”in sürücüsü 1962-ci il təvəllüdlü Adil Məmmədov, “Opel”də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.