40 min illik virusu  "oyatdılar" - yeni pandemiya  başlaya bilər 
20 oktyabr 2025 19:46 (UTC +04:00)

40 min illik virusu "oyatdılar" - yeni pandemiya başlaya bilər 

0

Arktika buzlarında donmuş qədim mikroorqanizmlər əridildikdən sonra həyata qayıdıblar.

Boulderdəki Kolorado Universitetinin alimləri təxminən 40.000 ildir Alyaskanın əbədi donmuş torpaqlarında donmuş qədim mikroorqanizmləri canlandırıblar və bu, elmi ictimaiyyətdə təşviş doğurub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tədqiqatçılar donmuş torpaq, qaya və buz nümunələrini qızdırıblar və əvvəllər "ölü" hesab edilən mikroblar yavaş-yavaş canlanmağa başlayıb.

“Bunlar ölü nümunələr deyil”, - tədqiqatın rəhbəri və geoloq Tristan Karo deyib.

Nümunələr "Buz məzarlığı" kimi tanınan Ferbenks yaxınlığındakı əbədi donmuş tuneldə toplanıb. Bir neçə ay ərzində 3°C-dən 12°C-ə qədər olan temperaturda inkubasiya edilən mikroblar biofilmlər - selikli bakterial təbəqələri əmələ gətirməyə başlayıblar ki, onları məhv etmək çətindir.

Tədqiqatçılar qeyd edirlər ki, bu mikroorqanizmlər “ehtimal ki, insanlara yoluxa bilməz”, onlar iqlim dəyişikliyini daha da gücləndirən karbon qazı və metan buraxaraq ekoloji təhlükə yarada bilər.

İnfeksion xəstəliklər üzrə mütəxəssis doktor Briqitta Evenqord xəbərdarlıq edir ki, daimi donmuş torpaqlar zərərsiz mikroblardan daha çoxunu saxlaya bilər.

"Bizim bildiyimiz, əbədi dondan qaynaqlana bilən iki şey qarayara və çiçək xəstəliyidir; bundan başqa, bu Pandora qutusudur", - o deyib.

Daha əvvəl aparılan bir araşdırma aşkar edib ki, buzlaqların əriməsi "viral yayılma" riskini artırır - qədim patogenlərin yeni heyvan növlərinə və ya hətta insanlara sıçrayışı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar