"İnsanların çoxu  yoxsullaşacaq":   Süni intellektin xaç atasından  kütləvi işsizlik XƏBƏRDARLIĞI
20 oktyabr 2025 14:04 (UTC +04:00)

"İnsanların çoxu yoxsullaşacaq": Süni intellektin xaç atasından kütləvi işsizlik XƏBƏRDARLIĞI

0

Süni intellekt sahəsinin banilərindən sayılan alim və fizik Ceffri Xinton texnoloji inkişafın qlobal əmək bazarına təsiri barədə narahatedici açıqlama verib. Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi nəticəsində çox az sayda insanın sərvəti sürətlə artacaq, əksəriyyət isə daha da yoxsullaşacaq.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, bu, süni intellektin günahı deyil. Kapitalist sistemi elə qurulub ki, iri korporasiyalar texnologiyadan maksimum fayda götürür, nəticədə gəlir bir neçə şəxsin əlində cəmlənir.

Xinton hesab edir ki, iri şirkətlərin süni intellektdən istifadəsi kütləvi işsizliyə səbəb olacaq, xüsusilə ofis və inzibati sahələrdə çalışanların yerləri tam avtomatlaşdırıla bilər. Bu proqnozları beynəlxalq hesabatlar da təsdiqləyir: Beynəlxalq Əmək Təşkilatının açıqlamasına əsasən, məhz kargüzarlıq işləri generativ süni intellekt qarşısında ən həssas sahədir.

Alim həmçinin universal baza gəliri ideyasını da dəstəkləmir. Onun fikrincə, insanların yalnız gəlirlə təmin edilməsi problemi həll etmir, çünki işsiz qalan insan dəyər və ləyaqət hissini itirə bilər.

Ceffri Xinton yaxın 5–20 il ərzində superintellektin yaranacağını ehtimal edir və bunun bəşəriyyət üçün ya böyük üstünlüklər, ya da fəlakətli nəticələr gətirə biləcəyini vurğulayır. "Google"dan ayrıldıqdan sonra o, süni intellektin inkişafı ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar