Əli Həsənovdan antitürk təbliğatı aparan qüvvələrə mesaj
“Ölkələrimizin sürətli inkişafı və nüfuzunun artması fonunda Avropada və dünyada ölkələrimizi istəməyən İslamofobiya və antitürk təbliğatı aparan bəzi qüvvələr müxtəlif siyasətlər yürüdürlər. Onlar Türkiyə və Azərbaycanı İslam aləminin ən çox inkişaf edən ölkələri olaraq gördükləri üçün maneələr yaratmağa çalışırlar”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Kocaeli şəhərində Azərbaycan Mədəniyyət Evinin açılış mərasimində çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. PA-nın şöbə müdiri qeyd edib ki, iki ölkənin gücü, Azərbaycan və Türkiyə prezidentlərinin siyasəti və xalqlarımızın iradəsi qarşısında dura biləcək bir qüvvə yoxdur.
“Biz gücümüzü birləşdirərək, əməkdaşlığımızı inkişaf etdirərək xalqlarımızın bütün dünyada mənafelərini müdafiə etməkdə davam edəcəyik. Bizim heç kimin torpaqlarında, sərvətində gözümüz yoxdur. Eyni zamanda, istəyirik ki, torpaqlarımız və sərvətimiz də bizə məxsus olsun və digər ölkələr buna hörmətlə yanaşsınlar” - deyə, Ə. Həsənov əlavə edib.
PA rəsmisinin sözlərinə görə, prezident İlham Əliyevin Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Türkiyə ərazisindən dünyaya çatdırılması və Qərb ilə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi səylər qardaş ölkə üçün böyük imkanlar yaradır: “Azərbaycanda və Türkiyədə gələcək nəsillər də bu siyasətin bəhrəsini görəcəklər”

1105