Azərbaycan və Litva xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Litva nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti idarəsinin rəisi Edminas Baqdonas başçılıq edib.
Görüşdə Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Xələf Xələfov Litva nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminliyi dilə gətirib. Azərbaycanın Avropa institutlarına inteqrasiyasını prioritet olduğunu bildirən Xələf Xələfov ölkəmizin Litva, o cümlədən Avropa Birliyi üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. O, Ermənistan Azərbaycan münaqişəsi haqda ətraflı məlumat verib və Avropa Birliyinin münaqişə ilə bağlı daha konkret mövqe nümayiş etdirməsinin vacib olduğunu söyləyib. Eyni zamanda münaqişə həll olunmadan regionda inkişafın və davamlı stabilliyin olmayacağı da vurğulayıb.
Edminas Baqdonas isə Azərbaycanda müşahidə etdiyi inkişafın işlərinin onda xoş təəssürat yaratdığını dilə gətirib. Litvanın 2013-cü ilin ortalarından etibarən Avropa Birliyinə sədrlik edəcəyini diqqətə çatdıran Edminas Baqdonas, ölkəsinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində proqrama üzv ölkələrlə, o cümlədən Azərbaycanla daha effektiv əməkdaşlıq edəcəklərini bildirib.

485