Türkiyədəki soydaşımız İrəvan yürüşünə başlayır
Türkiyədə yaşayan azərbaycanlı Qələndər Bayramlı Ermənistanın paytaxtı İrəvana yürüş etməyi qərara alıb. Lent.az-ın məlumatına görə, 59 yaşlı soydaşımız “İhlas” agentliyinə açıqlamasında səfərə noyabrın 21-də çıxacağını bildirib.
2 övlad və 3 nəvə sahibi olan soydaşımız İrəvana Xocalı qətliamının 21-ci ildönümündə - gələn il fevralın 25-dən 26-a keçən gecə çatmaq niyyətindədir. O, artıq səfər hazırlıqlarına başladığını söyləyib: “Azərbaycandan alınan torpaqların geri qaytarılması üçün İrəvana mütləq gedəcəyəm. İrəvanda məni öldürməsələr, sağ qalsam, ayaqlarım tutana qədər gedəcəyəm, aldıqları torpaqları verənədək ermənilərə Ermənistanı dar edəcəyəm”.
Bayramlı Ermənistana səfərin ona problem yaradacağını ehtimal etsə də, inadından dönməyəcək: “Çox çətin olacağını bilirəm. Amma özümə inandığım üçün bir problem yoxdur. Torpağım üçün ölməyə hazıram. İndiyədək heç bir xəbərdarlıq almamışam. Fərdi yürüş olduğu üçün buna qarşı çıxan olmayıb”.
Soydaşımız deyib ki, İrəvana yürüş edəcəyi xəbəri yayıldıqdan sonra özü kimi düşünən çoxlu sayda insan ona birgə səfər üçün müraciət edib. Müraciətlərin sayı artıq 1300-ə çatıb. Lakin o, razı olmayıb: “Mənim yürüşüm fərdidir. Hər kəs Ermənistana fərdi etirazını bildirsə, daha yaxşı olar”.
Bayramlı Ermənistanda öldürülməkdən qorxmadığını, əksinə, bu yolda öldürülməsinin böyük səs-küyə səbəb olacağını söyləyib. Onun sözlərinə görə, öldürülməsi önəmli deyil: “Xocalı qətliamının törədildiyi gün İrəvanda olacağam. Təki məni öldürsünlər. Bu yolda öldürülməyim dünyaya səs salacaq. Mənim ölməyim önəmli deyil. Guya Ermənistan dövlətindən pul almışam. Nəinki Ermənistandan, heç Azərbaycanın özündən bir qəpik də almamışam. Yürüşü öz imkanım hesabına həyata keçirəcəyəm”.
Soydaşımız özü və ailəsi barədə də danışıb. O bildirib ki, Azərbaycanı çox sevdiyindən, övladlarına Azər və Baycan, nəvəsinə isə Gəncə adları verib. Bayramlı çalışdığı özəl şirkətdən yürüşə icazə verilmədiyi üçün işindən ayrıldığını açıqlayıb.
Qeyd edək ki, Qələndər Bayramlı bu il Xocalı qətliamına diqqət çəkmək üçün martın 21-də Türkiyənin paytaxtı Ankaradakı Böyük Millət Məclisindən Azərbaycanadək 70 gün piyada yol qət edib.

2985