Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin fəaliyyət müddəti başa çatır
12 noyabr 2012 18:34 (UTC +04:00)

Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin fəaliyyət müddəti başa çatır

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xorxe Raballonu fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Argentina arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Müvəqqəti işlər vəkili Azərbaycandakı fəaliyyətindən razı qaldığını bildirib və Argentinanın ölkəmizlə münasibətlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüş zamanı iki ölkə arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Elmar Məmmədyarov Xorxe Rabbaloya gələcək fəaliyyətində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar