Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü
12 noyabr 2012 13:28 (UTC +04:00)

Rusiyada Azərbaycan və erməni diasporunun görüşü təxirə düşdü

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək. Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.

Diaspor rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar