İslam Əməkdaşlığı Təşkilatından Azərbaycana təşəkkür
12 noyabr 2012 10:19 (UTC +04:00)

İslam Əməkdaşlığı Təşkilatından Azərbaycana təşəkkür

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ekmələddin İhsanoğlu xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi təşəkkür məktubunda ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata etdiyi könüllü maliyyə yardımını yüksək qiymətləndirib və dəstəyə görə minnətdarlığını çatdırıb. İƏT baş katibi qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən qurumun fəaliyyətinə əhəmiyyətli dərəcədə dəstək verib. Azərbaycan 2006-2007-ci illərdə İƏT Xarici İşlər Nazirləri Komitəsinin sədri kimi təşkilatın Onillik Fəaliyyət Planında qeyd edilən məqsədlərə nail olunmasında yüksək səviyyədə və tərifəlayiq rol oynayıb: “Sonda sizi əmin etmək istərdim ki, ölkənizin etdiyi bu könüllü yardım İƏT Sammitləri və Konfransları tərəfindən qəbul olunmuş qətnamələrə uyğun olaraq üzv dövlətlərin gözləntilərinin həyata keçirilməsi üçün sərf ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar