Jurnalist qonaqlara saz hədiyyə edildi -
10 noyabr 2012 15:42 (UTC +04:00)

Jurnalist qonaqlara saz hədiyyə edildi -

Azərbaycanda səfərdə olan Türk dövlətlərindən və toplumlarından gələn jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın və Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı Əkbər Qoşalının müşayiəti ilə Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Lent.az-ın məlumatına görə, millət vəkili qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan olduğunu deyib: “Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan olan 400 qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.
Qonaq jurnalistlər yazar və yeni nəsil siyasi icmalçıları Tovuz şəhərində Heydər Əliyev muzeyini ziyarət etdikdən sonra Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla görüşüblər. Qonaqlara Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun tarixi, bu günü ilə bağlı ətraflı məlumatlar verilib, suallar cavablandırılıb. Qonaqlar Tovuz qalasında, habelə Qafqazın ən qədim şəhər yaşayış məskəni hesab olunan Göytəpədə də olublar.
Sonra qonaqlar rayonda fəaliyyət göstərən Aşıq Muzeyinə baş çəkiblər və burada qonaqlara Azərbaycanın qədim xalq yaradıcılığı olan aşıq mədəniyyəti haqqında geniş məlumat verilib və milli musiqi alətimiz olan saz hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar