Nazir müavinindən jurnalistlərə çağırış
10 noyabr 2012 11:13 (UTC +04:00)

Nazir müavinindən jurnalistlərə çağırış

APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminarda bildirib. Nazir müavini qeyd edib ki, həmin KİV “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 maddəsinə zidd olaraq polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir edir: “Eyni zamanda həmin qanunun 44-45-ci maddəsinə zidd olaraq təkzib verməkdən də imtina edir”.


O. Zalov jurnalist və polis əməkdaşlığı barədə danışarkən “Reallıqları yüksək formada yazan kifayət qədər mətbuat orqanları var. Biz jurnalistlərin və polislərin əməkdaşlığı ilə bağlı mütəmadi toplantılar keçiririk. Bunlar regionlarda da keçirilir. Bu yaxınlarda belə bir tədbirlər Qubada və Şəkidə keçirilib, yaxın zamanlarda Lənkəran və Gəncədə də keçirilməsi nəzərdə tutulur”, deyə bildirib.

DİN rəsmisi jurnalistlərə müraciət də edib: “Mən Daxili İşlər Nazirliyi adından peşəsinə hörmət edən bütün jurnalistlərə üzümü tutub deyirəm ki, daim özlərinin peşə kodekslərinə hörmətlə yanaşsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393

Oxşar yazılar