Prezident yeni səfirləri qəbul edib
09 noyabr 2012 20:25 (UTC +04:00)

Prezident yeni səfirləri qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 9 bir sıra dövlətlərin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.

Zimbabve Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bonifes Quva Çidyausikunun etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti səfirlə söhbətləşib.

Bonifes Quva Çidyausiku Zimbabve Respublikasının prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycanla siyasi, enerji, sərmayə qoyuluşu, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Ölkələrimizin BMT, “Qoşulmayanlar hərəkatı” və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini vurğulayan diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasının önəmini qeyd edib.
.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən verdiyi dəstəyə görə Zimbabve hökumətinə minnətdarlığını ifadə bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev ikitərəfli münasibətləri müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu deyib.


Dövlətimizin başçısı Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Zimbabvenin dövlət başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Filippin Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marilin Jusayan Alarillanın etimadnaməsini qəbul edib.

Səfir Marilin Jusayan Alarilla etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbətləşib.

Xanım Marilin Jusayan Alarilla Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını və ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinə görə təbriklərini dövlətimizin başçısına çatdrıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji, elm və texnologiya sahələrində inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətləri bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu deyib. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq əlaqələri qurmaq üçün qarşılıqlı investisiya imkanlarını nəzərdən keçirməyin və əməkdaşlıq sahələrini müəyyənləşdirməyin zəruriliyini qeyd edib.

Dövlətimizin başçısı Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Holmsun etimadnaməsini qəbul edib..

Səfir Con Holms etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbətləşib.

Səfir Con Holms ölkəmizdə böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Səfir ölkələrimiz arasında əməkdaşlığın aviasiya sənayesi, təhsil, internet idarəçiliyi, tikinti və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğuladı, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kennet Tompsonun etimadnaməsini qəbul edib.

Səfir Kennet Tompson etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycanla İrlandiya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi, sərmayə qoyuluşu sahələrində inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd olundu, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalonun etimadnaməsini qəbul edib.

Səfir Vika Mazvi Khumalo etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbətləşib.

Dövlətimizin başçısı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Cənubi Afrika Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vika Mazvi Khumalo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əməkdaşlığımızın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

Görüşdə energetika, bərpa olunan enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd olunub.

Prezidenti İlham Əliyev Tailand Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rathakit Manathatın etimadnaməsini qəbul edib.

Səfir Rathakit Manathat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbətləşib.

Görüşdə Azərbaycanla Tailand Krallığı arasında əlaqələrin inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulanıb, ölkələrimizin əməkdaşlıq imkanlarının öyrənilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığı enerji, mədəniyyət, turizm, iqtisadi və ticarət sahələrində inkişaf etdirmək üçün yaxşı imkanların olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar