Rövnəq Abdullayev İvanişvili ilə görüşdü
Bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş ARDNŞ-in Gürcüstan nümayəndəliyinin ofisində baş tutub. R. Abdullayev ofisin qarşısında B. İvanişvilini qarşıladıqdan sonra Gürcüstan hökumətinin başçısı yeni tikilən ofis binası ilə tanış olub. Sonra ikitərəfli görüş başlayıb.
B. İvanişvili jurnalistlərə açıqlamasında görüşdən razı qaldığını və ARDNŞ-lə çox tez dostlaşdıqlarını söyləyib: “Yeni hökumətin strategiyası iki ölkə arasında elə bir dostluq yaratmaqdır ki, belə bir dostluq münasibətləri hələ tarixdə olmayıb. Biz tarixən dost ölkələrik. Bizim münasibətlərimiz həmişə normal olub. Mənim istiqamətim və məqsədim budur”.
Baş nazir bu gün baş tutan görüşün əhəmiyyətli və vacib olduğunu, söhbətdə bütün sahələri əhatə etdiklərini açıqlayıb: “ARDNŞ Gürcüstandakı əsas şirkətlərdən biridir. Mən onun prezidentinə, ümumiyyətlə, Azərbaycan xalqına bildirmək istəyirəm ki, Gürcüstanla Azərbaycan arasındakı yaxın münasibətləri davam etdirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
R. Abdullayev isə Gürcüstanın baş naziri ilə görüşünü yüksək qiymətləndirib: “Bu görüş yüksək səviyyədə keçdi. Baş nazir Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayaraq bildirdi ki, Gürcüstan gələcəkdə Azərbaycanla olan əlaqələrini tarixdə olmayan səviyyəyə qaldırmaqda maraqlıdır. İvanişvili Gürcüstanın Azərbaycanla çox güclü əlaqələr quracağını söylədi. Cənab İvanişvilinin ARDNŞ-dən xahişi bu oldu ki, şirkət Gürcüstanda həyata keçirilən layihələri genişləndirsin və Gürcüstanda öz yerini daha da möhkəmləndirsin. Biz də öz tərəfimizdən ona söz verdik ki, Gürcüstanda ARDNŞ-in həyata keçirdiyi layihələr davam etdiriləcək və biz bu ölkədə biznesi inkişaf etdirəcəyik. Gürcüstanın enerji təchizatının və enerji təhlükəsizliyinin qarantı kimi ARDNŞ bu işləri davam etdirəcək”.

Oxşar yazılar

Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək - Paşinyan
16 aprel 2025 , 17:51
Donald Tramp 0 – 1 Si Cinpin – Oyun necə bitəcək?
16 aprel 2025 , 11:31
Medvedyevin YAXTA KOLLEKSİYASI – biri 100 milyon dollardır
15 aprel 2025 , 20:15
Gürcüstan prezidenti Azərbaycana gəldi -YENİLƏNİB
15 aprel 2025 , 16:40
Yadplanetlilər SSRİ əsgərlərini oldürüb – Mərkəzi Kəşfiyyat İdarəsinin dəhşətli HESABATI
13 aprel 2025 , 20:15
Məşhur ekstrasens Mərkəzi Kəşfiyyat İdarəsində necə işlədiyini danışdı - medianı ŞOKA saldı
13 aprel 2025 , 14:52
Azərbaycan AŞPA prezidentini qara siyahıya saldı
12 aprel 2025 , 12:03