Ramil Usubov Dunya Myatoviçlə görüşüb
Lent.az-ın məlumatına görə, görüşdə ATƏT-in Bakı Ofisinin dəstəyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrin polis əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsində oynadığı rol, polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsindəki vəziyyət müzakirə edilib.
Daxili işlər naziri Ramil Usubov bildirib ki, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür.
Nazir bu cür neqativ təzahürlərə qarşı mübarizəni davam etdirildiyini və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlı olduqlarını da qonağın nəzərinə çatdırıb.
Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

1095