Kəmaləddin Heydərov Türkiyə səfirini qəbul edib
08 noyabr 2012 18:48 (UTC +04:00)

Kəmaləddin Heydərov Türkiyə səfirini qəbul edib

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir fövqəladə hallar nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və xarici dövlətlərin müvafiq qurumları ilə qurduğu əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin, Azərbaycan FHN ilə Türkiyənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki dövlətin uyğun qurumları arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının vacibliyini vurğulayıb. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Türkiyə arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657

Oxşar yazılar