Əli Əhmədov: “Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı yaxınlaşacaq”
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu YAP-ın sədr müavini Əli Əhmədov bildirib.
YAP rəsmisi qeyd edib ki, ABŞ bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün real addımlar atarsa, problemin həlli vaxtı daha da yaxınlaşacaq. “ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər mövcuddur və bu münasibətlər iki ölkənin milli maraqlarına xidmət edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında, terrorizmlə mübarizənin aparılmasında Azərbaycan yaxından iştirak edir və bu istiqamətdə Azərbaycan və ABŞ-ın maraqları üst-üstə düşür” - deyə, Ə. Əhmədov bildirib”.
Ə. Əhmədovun sözlərinə görə, Barak Obamanın yenidən ABŞ prezidenti seçilməsi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da mövcud baza əsasında inkişafına səbəb olacaq.

1093