Parisdə Serj Sərkisyana Xocalı etirazı
Noyabrın 12-də Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçiriləcək. Dünya Azərbaycanlı Gənclər Birliyindən Lent.az-a verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın sivil və demokratik bir ölkə olan Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaqdan ibarətdir.
Aksiyada Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi yad ediləcək. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb edən şüarlar səsləndirəcəklər. Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Berlin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Fransa Azərbaycan Evi, Köln Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi iştirak edəcək.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35