Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib - FOTO
07 noyabr 2012 18:20 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib - FOTO

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə mətbuat, jurnalistika və kiber təhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dunya Miyatoviç ATƏT-in Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. Elmar Məmmədyarov ölkəmizin ATƏT-lə əməkdaşlığının genişləndirməyi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar