Əfqanıstan İKT sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sanqin Əmirzai Azərbaycanın Əfqanıstana göstərdiyi yardım və dəstəyə görə təşəkkür edib, ölkəsində gedən inkişaf prosesindən danışıb.
Sanqin Əmirzai İKT sahəsində ölkəmizlə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycandan olan iş adamlarının ölkəsinə investisiya yatırmalarında maraqlıdırlar. Elmar Məmmədyarov isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən məmnunluq ifadə edib və Azərbaycanın Əfqanıstana hər zaman yardım göstərməyə hazır olduğunu bildirib. Elmar Məmmədyarov Sanqin Əmirzaiyə regionda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqda məlumat verib.

529