Şeyx Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
Noyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri İsmayıl Alpər Coşğunu onun öz xahişi ilə qəbul edib. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tanışlıq xarakteri daşıyan görüşdə Şeyxülislam A. Paşazadə ona gələcək fəaliyyətində uğurlar arzulayıb, qardaş ölkə və xalqlar arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.
Səfir QMİ sədrinin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiklərini, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərar işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib. Səfir Şeyxin Avrasiya Forumunun bu ay baş tutacaq növbəti toplantısına dəvətli olmasının önəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini deyib.

650