Prezident İlham Əliyev “BakuTel-2012” sərgisi ilə tanış olub
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. Dövlət başçısının diqqətinə çatdırılıb ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “Bakutel-2012” sərgisində ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Fransa, Xorvatiya, İsrail, Sloveniya və Kanada isə sərgidə milli qruplar ilə təmsil olunublar. Sərgidə yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları, servis şirkətləri də öz məhsullarını və xidmətlərini nümayiş etdirirlər.
Məlumat verilib ki, sərginin ekspozisiyasına İKT sahəsinin müasir ixtiraları, proqram təminatları, peyk əlaqəsi üçün xidmət və teleradio yayım avadanlığı və sair daxildir.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva milli və xarici pavilyonlarla tanış olublar.
Dövlətimizin başçısı sərginin iştirakçılarına uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verib.

1113