Makedoniya səfiri təkzib etdi
06 noyabr 2012 11:54 (UTC +04:00)

Makedoniya səfiri təkzib etdi

Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov Makedoniyanın Türkiyə və Azərbaycandakı səfiri Quran Toskovski ilə görüşüb. Görüşdə guya Makedoniyanın Azərbaycanın işğal olunmuş ərazilərində erməni separatçıların yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşdığı barədə məlumat müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Makedoniya səfiri Quran Toskovski ölkənin bu niyyətdə olması barədə iddiaları qəti şəkildə təkzib edib və bildirib ki, Makedoniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bundan başqa səfir qeyd edib ki, Makedoniya və Ermənistan arasında diplomatik münasibətlər yoxdur.

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Makedoniyanın guya qondarma “DQR”in müstəqilliyini tanımağa hazırlaşması barədə məsələnin bu ölkənin Makedoniyaya yeni təyin olunmuş “fəxri konsulu” Araik Sərkisyan tərəfindən qaldırıldığını yazıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar