TƏHLÜKƏ: Söyün Sadıqovun emissarları Bakıda gizli görüş keçirir- EKSKLÜZİV
Yeni yaradılmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli-Mədəni Muxtariyyatı - “AzerRos”un prezidenti Söyün Sadıqovun iki emissarı Azərbaycandadır. Lent.az-ın məlumatına görə, onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar.
Mənbənin dediyinə görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış ÜATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir.
Əldə etdiyimiz məlumatda o da bildirilirdi ki, “qonaqlar” tanınmış qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşüblər. Lent.az-a açıqlamasında Seyid Camal Əzimbəyli faktı təsdiq edərək bildirdi ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: “Onlar ÜATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım”.

6290