Əli Həsənov: “Azərbaycan ABŞ-la əməkdaşlığı davam etdirəcək”
06 noyabr 2012 11:51 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan ABŞ-la əməkdaşlığı davam etdirəcək”

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanla ABŞ arasında sıx əlaqələr mövcuddur və iki ölkə bir çox sahələrdə əməkdaşlıq edir: “Xüsusən sülhyaratma prosesləri çərçivəsində qaynar nöqtələrdə birgə iştirak edirik, beynəlxalq terrorçuluqla mübarizə, enerji sahəsində transmilli layihələr həyata keçiririk, Avropanın enerji təminatı, demokratiya, söz azadlığı və digər sahələrdə əməkdaşlıq edirik. Kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əməkdaşlıq davam etdiriləcək. Kimin seçilməsindən asılı olmayaraq, gözləyirik ki, yeni prezident Dağlıq Qarabağ məsələsinə bir qədər də ciddi yanaşsın, mövcud status-kvonun aradan qaldırılması istiqamətində addımlar atsın, ciddi iradə nümayiş etdirərək Ermənistanı sülh prosesinə məcbur etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar