Azay Quliyev Avropa Parlamentində görüşlərə başlayır
05 noyabr 2012 12:47 (UTC +04:00)

Azay Quliyev Avropa Parlamentində görüşlərə başlayır

Azərbaycan millət vəkili və Avronest Parlament Assambleyası komitə sədrinin müavini Azay Quliyev noyabrın 5-dən 8-nə qədər Brüsseldə səfərdə olacaq.

Belçika Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, A.Quliyev səfər çərçivəsində Avropa Parlamentində bir sıra siyasi qruplarının aparıcı üzvləri və parlamentin deputatları ilə görüşlər keçirəcək və ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı müzakirələr aparacaq.

A.Quliyevin Belçika Azərbaycanlıları Cəmiyyətində də təşkilatın üzvləri ilə görüşü nəzərdə tutulub.
# 784

Oxşar yazılar