Dövlət Baxçalı İsa Qəmbər və Sabir Rüstəmxanlı ilə görüşüb-FOTO
03 noyabr 2012 23:14 (UTC +04:00)

Dövlət Baxçalı İsa Qəmbər və Sabir Rüstəmxanlı ilə görüşüb-FOTO

Bu gün MHP başqanı M. Baxçalı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə də görüşüb.
VHP-dən APA-ya verilən xəbərə görə, MHP-nin 10-cu qurultayında iştirak etmək üçün Ankarada səfərdə olan VHP sədrinin qurultayda çıxışı da nəzərdə tutulub.

Qurultayda iştirak edənlər arasında Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da var.


***

19.14
Hazırda Ankarada olan Musavat başqanı İsa Qəmbər və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Milliyyətçi Hərəkat Partiyasının qərargahında olublar.

Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, sabaha nəzərdə tutulmuş qurultayda iştirak edəcək Müsavat başqanı MHP sədri Dövlət Baxcalı İsa Qəmbər və Rauf Arifoğlunu qəbul edib.

İsa Qəmbər Azərbaycanı və Müsavat Partiyasını simvolizə edən hədiyyələri MHP başqanına təqdim edib.

Dövlət Baxçalı Azərbaycanla Turkiyə arasında münasibətlərin çox önəmli olduğunu vurğulayıb.

Müsavat başqanı İsa Qəmbər bildirib ki, MHP təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın, bütün türk dünyasının partiyasıdır. O, bu gün Azərbaycanı sevən, Azərbaycana daima sayğı ilə yanaşan, onun ümdə maraqlarını müdafiə edən bir partiyanın qurultayında iştirakdan, köhnə dostlarla bir yerdə olmaqdan məmnun olduqlarını və şərəf duyduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2221

Oxşar yazılar