Çöhrəqanlını Türkiyəyə buraxmadılar-YENİLƏNİB
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Türkiyəyə buraxılmayıb.
Bu barədə APA-ya M. Çöhrəqanlı ilə Türkiyəyə gələn oğlu Alparslan Çöhrəqanlı məlumat verib.
Oğul Çöhrəqanlının dediyinə görə, bu gün günortadan sonra atası ilə birlikdə Münhen-Ankara təyyarəsi ilə Ankaradakı Esenboğa aeroportuna eniblər.
Ata-oğlu əvvəlcə Türkiyəyə giriş vizası alıblar, lakin sərhəd-keçid məntəqəsində isə oğlu Çöhrəqanlı Türkiyəyə buraxılsa da, Mahmudəli Çöhrəqanlının ölkəyə girişinə icazə verilməyib.
GAMOH lideri artıq gəldiyi təyyarə ilə geriyə, Münhenə göndərib.
Qeyd edək ki, Ankaradakı Esenboğa aeroportunda GAMOH liderini qarşılamaq üçün Cənubi Azerbaycandan olan xeyli fəal toplaşıb.
***
19.48
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ABŞ-da mühacirətdə yaşayan lideri doktor Mahmudəli Çöhrəqanlı 6 ildən sonra ilk dəfə Türkiyəyə yola düşüb. O, müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) noyabrın 4-də - bazar günü keçiriləcək fövqəladə qurultayına fəxri qonaq qismində dəvətli idi. “Ümidliyəm, güman edirəm Türkiyəm bu dəfə məni deport etməz” - GAMOH lideri cümə günü Vaşinqtonun Dallas hava limanında “Turan”ın müxbiri ilə söhbətində demişdi.
Amma GAMOH liderinin bu gümanları özünü doğrultmayıb. Belə ki, Türkiyə hakimiyyət dairələri Çöhrəqanlını ölkə ərazisinə buraxmayıblar. Bu məlumatı musavat.com saytına “Yeni Müsavat” qəzetinin hazırda Ankarada olan baş redaktoru Rauf Arifoğlu verib. O noyabrın 3-ü, Bakı vaxtı ilə saat 18:50 radələrində deyib ki, GAMOH liderini qarşılamaq üçün Ankara hava limanında olan şəxslərə Çöhrəqanlının Türkiyəyə buraxılmayacağı bildirilib.
Xatırladaq ki, Çöhrəqanlı 2006-ci ildən nə Azərbaycana, nə də Türkiyəyə gedə bilmir, baxmayaraq ki, bu problemin aradan qaldırılması üçün durmadan addımlar atır. Sonuncu dəfə ötən həftə MHP-nin dəvəti ilə Vaşinqtondakı Türkiyə səfirliyi ilə əlaqə yaradıb, ancaq viza almağa müvəffəq olmayıb. Öz növbəsində Ankarada partiya liderləri müvafiq qurumlarla əlaqə yaradaraq GAMOH sədrinin səfərinin leqallaşmasına çalışıblar.
“Mənə deyildi ki, Amerika pasportunuz varsa, Ankarada hava limanında viza ala bilərsiniz, problem yoxdur. Məni Ankara Esenboğa hava limanında dostlar və Azərbaycan sevənlərdən ibarət izdiham qarşılayacaq. Əllərində Azərbaycan bayrağı, Rəsulzadə, Elçibəyin portretlərini və müxtəlif şüarlar qaldıracaqlar. Yerli vaxtla şənbə günü saat 17:10-dan orada olacağam” - GAMOH lideri əlavə edib.
Qurultaydan kənar mümkün görüşləri barədə suala Çöhrəqanlı qeyri-əminliklə cavab verib: “Önəmli olan qapıların açılmasıdır”.
GAMOH lideri Türkiyə səfərindən sonra Bakıya getmək üçün səylərini Vaşinqtonda davam etdirəcəyini deyib: “Bakı üçün çox darıxmışam. Ən qısa zamanda ora gedəcəyəm. Nə olur-olsun, gedəcəyəm...”
İran ətrafında son vəziyyəti qiymətləndirən Çöhrəqanlı tezliklə regionda misli görünməmiş dəyişikliklərin olacağını proqnozlaşdırıb.
musavat.com

1857