Komitə sədri: “Deməli, zooparkda böyüyüb...”
Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib.
Qeyd edək ki, REAL Hərəkatının sədri İlqar Məmmədov öz bloqunda (http://ilgarmammadov.livejournal.com/) parlamenti aşağılayan status yazıb. O, yazdıqları ilə Azərbaycan parlamentini təhqir etdiyini vurğulayıb. İlqar Məmmədov bloqda Milli Məclisi zoopark adlandırıb.
Eldar İbrahimov deyib ki, parlamentdə ağsaqqal adamlar, elmlər doktorları, akademiklər var: “Əgər İlqar Məmmədov zooparkla parlamenti dəyişik salıbsa, deməli, onun özü zooparkdan başqa ayrı şey görməyib, zooparkda böyüyüb. O insan bu sözü deyirsə, deməli, ləyaqətsiz adamdır. Bu təhqir onun özünə çatır”.

1832