Hadi Rəcəbli: “Beləsi açıq təhqirə keçirsə, cavabı verilməlidir...”
03 noyabr 2012 17:42 (UTC +04:00)

Hadi Rəcəbli: “Beləsi açıq təhqirə keçirsə, cavabı verilməlidir...”

“Azərbaycanda siyasi səhnədə uğur qazana bilməyən İlqar Məmmədovun parlamentə yönəlik təhqiramiz ifadələri onun cılızlığından irəli gəlir”. Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib.

Qeyd edək ki, REAL Hərəkatının sədri İlqar Məmmədov öz bloqunda (http://ilgarmammadov.livejournal.com/) parlamenti aşağılayan status yazıb. O, yazdıqları ilə Azərbaycan parlamentini təhqir etdiyini vurğulayıb. Qeyd edək ki, İlqar Məmmədov bloqda Milli Məclisi zoopark adlandırıb.

Hadi Rəcəbli Lent.az-a bildirib ki, İlqar Məmmədov AMİP-də Etibar Məmmədovun müavini olduğu dövrlərdə siyasi səbatsızlığı ilə diqqət çəkib, özünü ciddi siyasətçi kimi təsdiqləyə bilməyib: “Daha sonra özünü cəmiyyətə politoloq kimi sırımağa çalışdı, ancaq bu cəhdi də alınmadı. İndi də hansısa bir hərəkat adından özünü təqdim etməyə çalışır. Cəmiyyətdə yerini tapa bilməyən adamın yersiz sözlər dilə gətirməsi gözləniləndir. Ancaq beləsi açıq təhqirə keçirsə, cavabı verilməlidir. Belələrinin hüquqi məsuliyyətdən yayınmalarına yol vermək olmaz. Milli Məclisdə Azərbaycan xalqının seçdiyi dəyərli insanlar təmsil olunur. İlqar Məmmədov bu sözləri həm də Azərbaycan xalqına təhqirdir. İlqar Məmmədov kimi səviyyəsi olmayan insanlar belə təhqirlərə görə mütləq cəzalandırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədovun parlamentə yönələn hücum və təhqirlərə laqeyd qalmayacağı barədə bəyanatını xatırladan Hadi Rəcəbli məsələnin parlamentdə də müzakirə mövzusu olacağını qeyd edib. O bildirib ki, bir çox deputat həmkarları bu özünü təsdiqləyə bilməyən, danışıqlarından və yazdıqlarından siması görünən ilqarına naxələf İlqara cavab verəcək və tərbiyəsinə münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1847

Oxşar yazılar