Rusiya Federasiya Şurasının sədr müavini Dağlıq Qarabağ münaqişəsindən danışıb
03 noyabr 2012 12:45 (UTC +04:00)

Rusiya Federasiya Şurasının sədr müavini Dağlıq Qarabağ münaqişəsindən danışıb

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova verib.

O bildirib ki, ölkəsi problemin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. S. Orlovanın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ciddi işlər aparır: “Bizim mövqeyimiz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqdan ibarətdir”.

Svetlana Orlova Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında aeroprt tikərək istismara verməsi ilə bağlı sualı cavablandırmayıb. O bildirib ki, bu barədə məlumata malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar