Dövlət departamentinin Dağlıq Qarabağdakı hava limanı ilə bağlı açıqlaması
03 noyabr 2012 07:39 (UTC +04:00)

Dövlət departamentinin Dağlıq Qarabağdakı hava limanı ilə bağlı açıqlaması

«ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı barədə məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uğun diplomatik həllini tapmağa çağırır».

APA-nın məlumatına görə, bu barədə Vaşinqtonda keçirdiyi brifinqdə Dövlət departamentinin sözçüsü Viktoriya Nuland bəyan edib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat səsləndirib: «Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir, onlarda diplomatik həllə çağırış mövcuddur. Bəyanatlarda həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz».

Xatırladaq ki, qondarma “Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsi”nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib.

Azərbaycan XİN Xankəndində aeroportun açılması ilə bağlı Ermənistanın addımını danışıq prosesinə ciddi zərbə vurduğunu, Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000

Oxşar yazılar