
Macarıstanda “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib
Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır. Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib. Macarıstandakı səfirimiz Vilayət Quliyev foto-alboma “Ağdam: Qara taleli ağ şəhər” adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.
Oxşar yazılar

Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04
Məqsəd azərbaycanlıları məhv etmək idi - ERMƏNİLƏRİN MƏHKƏMƏSİ
2 iyun 2025 , 18:18
“Hörümçək toru” əməliyyatı: Ukrayna Rusiyaya pilotsuz uçuş aparatlarını necə göndərib? - VİDEO
2 iyun 2025 , 16:01